Bu ilin noyabr ayında Azərbaycanda bankların filiallarının sayı 474 ədəd təşkil edib.
Hesabat ayında bankların filiallarının sayı 3 ədəd və ya 0,6% artıb.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Ötən ilin noyabrında bankların filiallarının sayı 484 ədəd olub ki, bu da illik müqayisədə 10 ədəd azalma (2,1%) deməkdir.