2024-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının biznes kredit portfeli 14 milyard 407,9 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Biznes kredit portfeli aylıq müqayisədə 408,1 milyon manat (2,9%), ötən ilin sonu ilə müqayisədə 2 milyard 246,3 milyon manat (18,3%), illik müqayisədə 2 milyard 329,2 milyon manat (19,3%) böyüyüb.
Qeyd edək ki, biznes kredit portfeli bu ilin sentyabrın 1-nə 13 milyard 999,8 milyon manat, yanvarın 1-nə 12 milyard 161,6 milyon manat, ötən ilin eyni dövrünə 12 milyard 78,7 milyon manat təşkil edib.