2023-cü ildə Azərbaycan banklarının biznes kredit portfeli 12 milyard 673 milyon 272 min manat təşkil edib.
FED.az bu barədə Bankların rüblük hesabatları əsasında hazırladığı renkinq göstəricilərinə əsaslanaraq bu nəticəyə gəlir.
Azərbaycan bankları arasında biznes kreditlərin həcmi “Bank Melli İran” Bakı filialında qeydə alınıb. Bu bankda artım tempi 95,2% və ya 219 min manat olub. Bank ötən il ümumilikdə 449 min manat biznes krediti verib.
Ölkənin nəhəng bankı olan “Azərbaycan Beynəlxalq Bankı” biznes kreditlərinin həcmində olduğu kimi, bu növ kreditlərin artım dinamikasında da ikinci pillədə qərarlaşıb. Bank 2 milyard 504 milyon 615 min manat biznes krediti verib ki, bu da illik müqayisədə 43,7% (761 milyon 138 min manat) çoxdur.
“Kapital Bank” biznes kreditlərinin həcmində olduğu kimi, bu növ kreditlərin artım dinamikasında da üçüncü olub. Bank 1 milyard 349 milyon 734 min manat biznes krediti verib ki, bu da son bir illə müqayisədə 36% (357 milyon 634 min manat) çoxdur.
“Xalq Bank”da artım tempi 35,5% (322 milyon 543 min manat), Yelo Bank”da isə 33,2% (120 milyon 427 min manat) səviyyəsində olub.
“Premium Bank” və “Bank Avrasiya”nın portfelində azalma baş verib.
Belə ki, “Premium Bank”ın biznes kreditlərinin həcmi 13% (57 milyon 460 manat) azalaraq 385 milyon 638 min manata, “Bank Avrasiya”nın biznes kredit portfeli isə 8,4% (6 milyon 76 min manat) azalaraq 66 milyon 214 min manata düşüb.