Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 45 358,7 milyon manat təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir .
Məlumata görə, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 2 954,3 milyon manat və ya 7% çoxdur.
2022-ci ilin sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 42 404,4 milyon manat təşkil edib.