2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarının aktivləri 45 530,5 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 897 milyon manat və ya 4,3% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin oktyabrın 1-nə aktivlər 43 633,4 milyon manat həcmində olub.
Akitvərin 14 548,7 milyon manatını xarici valyutada olan vəsaitlər təşkil edib. Bu vəsaitlər də illik müqayisədə 3 234 milyon manat (18,2%) artıb.
Belə ki, ötən ilin eyni dövründə xarici valyutada olan vəsaitlərin həcmi 17 782,8 milyon manat təşkil edib.