2023-cü ilin noyabrın 1-nə Azərbaycan banklarının depozitləri 33 081,9 milyon manat həcmində olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 898,8 milyon manat və ya 2,8% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin noyabrın 1-nə bankların depozitləri 32 192,1 milyon manat həcmində olub.