2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin depozitləri 12 418,4 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Fiziki şəxslərin depozitlərinin 6 745,4 milyon manatı müddətli, 5 673 milyon manatı isə tələbli depozitlərdir.
Fiziki şəxslərin ümumi əmanətləri 1 425,4 milyon manat (13%), müddətli depozitləri 781 milyon manat (13,1%), tələbli depozitləri isə 3 644,8 milyon manat (2,8 dəfə) artıb.
Məlumat üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə ümumi əmanətlər 10 993 milyon manat, müddətli depozitlər, 5 964,2 milyon manat, tələbli depozitlər isə 2 028,2 milyon manat həcmində olub.