2023-cü ilin oktyabrın 1-nə Azərbaycan banklarında hüquqi şəxslərin depozitləri 19 755,8 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Hüquqi şəxslərin depozitlərinin 3 859,7 milyon manatı müddətli, 15 896,1 milyon manatı isə tələbli depozitlərdir.
Hüquqi şəxslərin ümumi əmanətləri illik müqayisədə 624,9 milyon manat (3,1%) azalıb, müddətli depozitləri 1 471,5 milyon manat (61,6%) artıb, tələbli depozitləri isə 2 096,2 milyon manat (11,7%) azalıb.
Məlumat üçün qeyd edək ki, ötən ilin müvafiq dövründə ümumi əmanətlər 20 380,7 milyon manat, müddətli depozitlər,2 388,2 milyon manat, tələbli depozitlər isə 17 992,3 milyon manat həcmində olub.