2024-cü ilin sentyabrın 1-nə Azərbaycan banklarında fiziki şəxslərin müddətli depozitləri 8 milyard 215,5 milyon manat təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.
Depozit portfeli aylıq müqayisədə 147,8 milyon manat (1,8%), ötən ilin sonu ilə müqayisədə 1 milyard 333,4 milyon manat (19,4%), illik müqayisədə 1 milyard 524,4 milyon manat (22,8%) böyüyüb.
Müddətli depozitlərin 2 milyard 846 milyon manatı xarici valyutada formalaşıb.
Bu göstərici də aylıq müqayisədə 59,7 milyon manat (2,1%), ötən ilin sonu ilə müqayisədə 485,4 milyon manat (20,6%), illik müqayisədə 450,7 milyon manat (19%) böyüyüb.