Azərbaycanın bank sisteminin əsas göstəriciləri açıqlanıb.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, 31 avqust 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 28,127.1 mln. manat, kredit portfeli 11,905.5 mln. manat, cəmi öhdəlikləri isə 24,077.5 mln. manat təşkil edib.
Bankların “Mənfəət/Zərər” üzrə - RENKİNQİ
Sektorun balans kapitalı 4,049.6 mln. manat olub. 2018-ci ilin avqust ayı ərzində bank sektorunun aktivləri 0.7% (196.4 mln. manat), öhdəlikləri 0.3% (79.2 mln. manat), balans kapitalı isə 3% (117.2 mln. manat) artıb.
Bank sektorunda kredit aktivliyi davam edir. Avqust ayında bankların kredit portfeli 1.2% (135.9 mln. manat) artıb. Ümumilikdə cari ilin əvvəli ilə müqayisədə kredit portfeli üzrə 5% (567.9 mln. manat) artım olub.Bank sektoru cari ilin 8 ayı ərzində 441 mln. manat əməliyyat mənfəəti, 103.8 mln. manat xalis mənfəət generasiya edib.