Ötən ilin martın 11-də ÜST tərəfindən COVID-19 infeksiyasının pandemiya elan edildiyi tarixdən bəri Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu ilə birgə keçirdiyi valyuta hərraclarında bankların ümumi tələbi 5 521,2 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.
Eləcə də bax: Mərkəzi Bank manatın qiymətilə bağlı açıqlama yaydı - HƏRRACDA BÖYÜK TƏLƏB
FED.az xəbər verir ki, AMB-nin göstəricilərinə görə, sözügedən tarixdən bu yana 86 hərracda dollara olan ortalama tələb 70,8 mln. dollar təşkil edib.
Qeyd edək ki, bugünkü valyuta hərracında tələb 142,2 mln. dollar təşkil edib və tam əmin edilib. Bu, son 10 ay ərində qeydə alınan ən yüksək göstəricidir. Valyuta hərracında sonuncu dəfə dollara bundan yüksək tələb martın ayının 19-da keçirilən hərracda qeydə alınmışdı – 243,7 mln. dollar.
Xatırladaq ki, AMB son günlər manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən xəbər və iddiaların əsassız olduğunu, nağd valyutaya artan tələbin isə müvəqqəti xarakter daşıdığını və qısa zamanda səngiyəcəyini bildirib. (Apa)