Azərbaycan bankları 2023-cü ildə 456 mln. manat, 2024-cü ildə isə 610 mln. manat dividend ödənişi həyata keçirib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Qeyd edilib ki, bank sektorunda yüksək mənfəətlilik və və kapitallaşma səviyyəsi mövcuddur. 2024-cü ilin 11 ayında banklar 966 milyon manat xalis mənfəət əldə etmiş, sektorun kapital rentabelliyi (ROE) göstəricisi isə 18.4% təşkil edib. Dövr ərzində sektorun məcmu kapitalının həcmi 6 milyard manatı ötüb, məcmu kapital adekvatlılığı isə 17.5% olub. Bu şəraitdə banklar 2023-cü il ərzində 456 milyon manat, 2024-cü ildə isə 610 miylon manat dividend ödənişi həyata keçirib.
2024-cü ilin noyabr ayının sonuna olan məlumatlara əsasən kredit portfelinin illik artımı 19.6% təşkil etmişdir ki, bu da nominal qeyri-neft-qaz ÜDM-in artımını 2 dəfəyədək üstələyir. Fəaliyyətdə olan 22 bankın 19-də kredit portfeli artıb, o cümlədən 14-də isə kredit portfelinin illik artımı nominal qeyri-neft-qaz ÜDM-in artımını üstələyib.