2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların faiz xərcləri 1 milyard 507,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 538,5 milyon manat, yəni 55,6% artıb. Ötən ilin sonuna nəzərən artım 293,2 milyon manat, yəni 24,1%, aylıq müqayisədə isə 166,8 milyon manat, yəni 12,4% yüksəlib.
Bankların ən böyük xərc maddəsi olan depozitlər üzrə ödədikləri faizlər 1 milyard 52,8 milyon manat təşkil edib. Bu, illik müqayisədə 327 milyon manat (45%) artım deməkdir. İlin əvvəlindən bu xərclər 147,4 milyon manat (16,3%), son bir ayda isə 114,7 milyon manat (12,2%) artıb.
Depozit xərclərinin əsas hissəsi isə müddətli depozitlərin payına düşüb. Banklar müddətli depozitlərə 829,3 milyon manat faiz ödəyiblər. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 206,4 milyon manat (33,1%) çoxdur.
Xatırladaq ki, bankların faiz xərcləri bu ilin oktyabrın 1-nə 1 milyard 341,1 milyon manat, ötən ilin sonunda 1 milyard 214,7 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 969,4 milyon manat təşkil edib.











