2025-ci ilin noyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 1 milyard 539,4 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bankların qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 174,1 milyon manat, yəni 12,8% artıb, lakin ötən ilin sonuna nəzərən 176,3 milyon manat, yəni 10,3% azalıb. Aylıq müqayisədə isə qeyri-faiz gəlirləri 160,6 milyon manat, yəni 11,6% yüksəlib.
Xatırladaq ki, bankların qeyri-faiz gəlirləri bu ilin oktyabrın 1-nə 1 milyard 378,8 milyon manat, ötən ilin sonunda 1 milyard 715,7 milyon manat, 2024-cü ilin noyabrın 1-nə isə 1 milyard 365,3 milyon manat təşkil edib.
Bankların hesabların aparılması və digər xidmətlərdən əldə etdikləri komisyon gəlirləri 359,3 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,4 milyon manat (8,3%) çox olsa da, ötən ilin sonundan 45,2 milyon manat (11,2%) azdır.
Məzənnə dəyişməsi də daxil olmaqla, valyuta əməliyyatlarından bankların xalis gəliri 224 milyon manat olub. Bu, illik müqayisədə 4,9 milyon manat (2,2%), ötən ilin sonuna nəzərən isə 48,7 milyon manat (17,8%) azalma deməkdir.