2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qeyri-faiz gəlirləri 1 milyard 216,3 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların cəmi qeyri-faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 122,7 milyon manat, yəni 11,2% artıb, lakin ötən ilin sonuna nəzərən 499,4 milyon manat, yəni 29,1% azalıb. Aylıq müqayisədə isə gəlirlər 142,3 milyon manat, yəni 13,2% yüksəlib.
Bu gəlirlərin tərkibində hesabların aparılması üzrə xidmətlərdən komisyon gəlirləri 280,3 milyon manata çatıb. Bu, illik müqayisədə 7,0 milyon manat, yəni 2,6% artım, ötən ilin sonuna nəzərən isə 124,2 milyon manat, yəni 30,7% azalma deməkdir. Son bir ayda bu gəlirlər 36,4 milyon manat, yəni 14,9% artıb.
Bankların valyuta əməliyyatlarından xalis gəliri 180,3 milyon manat təşkil edib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 6,2 milyon manat, yəni 3,6% artıb, lakin ötən ilin sonuna nəzərən 92,4 milyon manat, yəni 33,9% azalıb. Aylıq müqayisədə bu gəlirlərdə 23,5 milyon manat, yəni 15,0% artım qeydə alınıb.
Qiymətli kağızların satışı üzrə gəlirlərdə bütün dövrlər üzrə artım müşahidə olunub və bu göstərici 4,4 milyon manata çatıb. Bu, illik müqayisədə 3,2 milyon manat, yəni 266,7%, ötən ilin sonuna nəzərən 1,3 milyon manat, yəni 41,9%, aylıq müqayisədə isə 0,3 milyon manat, yəni 7,3% artım deməkdir.
Nəhayət, digər qeyri-faiz gəlirləri maddəsi 751,3 milyon manat təşkil edib. Bu, illik müqayisədə 106,3 milyon manat, yəni 16,5% artıb, lakin ötən ilin sonuna nəzərən 284,1 milyon manat, yəni 27,4% azalıb. Son bir ayda isə bu gəlirlər 82,1 milyon manat, yəni 12,3% artıb.
Xatırladaq ki, bankların cəmi qeyri-faiz gəlirləri bu ilin avqustun 1-nə 1 milyard 74,0 milyon manat, ötən ilin sonunda 1 milyard 715,7 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 1 milyard 93,6 milyon manat təşkil edib.