Banklar üçüncü rübdə istehlak kreditlərinə olan tələbin artacağını gözlədiklərini bildiriblər.
Eləcə də bax: Azərbaycanda banklar pulu ən çox kredit faizi və komissiya haqlarından – QAZANIRLAR
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Kreditləşmə fəaliyyətinə dair sorğu"sunun nəticəsində bildirilib.
Məlumata görə, iri banklar əsasən kredit kartlarına, digər banklar isə əməkhaqqı kreditlərinə tələbin artmasını proqnozlaşdırıblar.
Son rüb ərzində istehlak kreditləri üzrə tələbin əsas artımı əməkhaqqı kreditləri və kredit kartları üzrə qeydə alınıb. İri banklar üzrə bu göstərici daha yüksək olub.
Xatırladaq ki, sorğu 2022-ci ilin I rübündən etibarən rüblük əsasda keçirilir. Cari hesabat II rüb üzrə sorğunun nəticələrini əks etdirir. Hesabatda təqdim olunan gözləntilər Azərbaycan Mərkəzi Bankının gözləntilərini deyil, yalnız kreditləşmə fəaliyyətinə dair sorğunun respondentlərinin (bankların) kreditləşmənin cari və gələcək tendensiyası ilə bağlı qiymətləndirmələrini əks etdirir. (Apa)