Xəbər verildiyi kimi, «Forbes Rusiya» nəşri ilk dəfə olaraq Rusiyanın 100 etibarlı bankının deyil, yerdəyişmə üçün məşhur olan qonşu ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın 50 etibarlı bankının reytinqini dərc edib.
Azərbaycanın ən böyük bankı - ABB – ƏN ETİBARLI BANKLARIN SİYAHISINDA
FED.az biznes və maliyyə xəbərləri portalının məlumatına görə, siyahıda Qazaxıstan, Azərbaycan, Özbəkistan, Gürcüstan və Ermənistan hərəyə 10 bankla təmsil olunublar.
Azərbaycanı bu siyahıda ABB, «Kapital Bank», «Bank Respublika», «Paşa Bank», «Xalq Bank», «Accessbank», «Azər Türk Bank», «Rabitə Bank» və «Yelo Bank» təmsil edir.
Bununla yanaşı, Azərbaycanın bu siyahıda 11 bankla təmsil edildiyin də demək olar. Belə ki, siyahıda 50-ci yeri tutan və Gürcüstan bankı kimi təqdim edilən «PASHA Bank Georgia» əslində Azərbaycan kapitallı bankdır və «Paşa Bank»a məxsusdur.
Siyahıda ilk 11 yeri Qazaxıstan, Özbəkistan və Gürcüstanın iri bankları tutur, 12-ci isə Azərbaycanın bank sektorunun lideri olan ABB-dir.
«Forbes»in versiyasına görə, regionun ən etibarlı banklarının tam siyahısı belədir:
1 Citibank Qazaxıstan (Qazaxıstan)
2 Otbasy Bank (Qazaxıstan)
3 Qazaxıstan Xalq Bankı (Qazaxıstan)
4 Kaspi Bank (Qazaxıstan)
5 ProCredit Bank (Gürcüstan)
6 Halyk Bank Georgia (Gürcüstan)
7 ForteBank (Qazaxıstan)
8 Asaka Bank (Özbəkistan)
9 ASCİB İpoteka-Bank (Özbəkistan)
10 TBC Bank (Gürcüstan)
11 Bank of Georgia (Gürcüstan)
12 ABB (Azərbaycan)
13 Özbəkistan Sənaye və İnşaat Bankı (Özbəkistan)
14 Qışloq İnşaat Bank (Özbəkistan)
15 Respublika Xarici İqtisadi Əlaqələr Milli Bankı (Özbəkistan)
16 Ardşınbank (Ermənistan)
17 Aqrobank (Özbəkistan)
18 Ameriabank (Ermənistan)
19 Səhmdar Kommersiya "Özbəkistan Respublikasının Xalq Bankı" (Özbəkistan)
20 Liberty Bank (Gürcüstan)
21 Mikrokreditbank (Özbəkistan)
22 INECOBANK (Ermənistan)
23 Bank CenterCredit (BCC) (Qazaxıstan)
24 Hamkor Bank (Özbəkistan)
25 ARMECONOMBANK (Ermənistan)
26 First Heartland Jusan Bank (Qazaxıstan)
27 PAŞA Bank (Azərbaycan)
28 Bereke Bank (Qazaxıstan)
29 Acba bank (Ermənistan)
30 Basisbank (Gürcüstan)
31 TeraBank (Gürcüstan)
32 Kapital Bank (Azərbaycan)
33 AKB “Kapitalbank” (Özbəkistan)
34 XALQ Bank (Azərbaycan)
35 Converse Bank (Ermənistan)
36 Bank RBK (Qazaxıstan)
37 Cartu Bank (Gürcüstan)
38 Bank Respublika (Azərbaycan)
39 Avrasiya Bankı (Qazaxıstan)
40 ARMBUSINESSBANK (Ermənistan)
41 Armswissbank (Ermənistan)
42 Ararat bankı (Ermənistan)
43 Evocabank (Ermənistan)
44 Unibank (Azərbaycan)
45 Credo Bank (Gürcüstan)
46 AccessBank (Azərbaycan)
47 Azər-Türk Bank (Azərbaycan)
48 Rabitəbank (Azərbaycan)
49 Yelo Bank (Azərbaycan)
50 PAŞA Bank Georgia (Gürcüstan)