Azərbayanın ən böyük bankı, ölkənin bank sektorunun lideri olan Azərbaycan Beynəlxalq Bankı (ABB) nüfuzlu «Forbes» nəşri tətəfindən regionun ən etibarlı bankların siyahısına daxil edilib.
Azərbaycanda qızıl hasilatçısı ABB ilə 55 milyonluq - KREDİT MÜQAVİLƏSİ İMZALAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, «Forbes Rusiya» nəşri ilk dəfə olaraq Rusiyanın 100 etibarlı bankının deyil, yerdəyişmə üçün məşhur olan qonşu ölkələrin – Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan və Özbəkistanın 50 bankının reytinqini dərc edib.
Azərbaycan Beynəlxalq Bankı – ABB bu siyahıda 12-ci yeri tutaraq Ermənistanın bütün banklarını, eləcə də Qazaxıstan, Özbəkistan və Gürcüstanın iri banklarını qabaqlayıb.
Nəşrin məlumatına görə, ölkənin ən iri bankı olan ABB 1992-ci ildə təsis edilib, baş ofisi Bakıda yerəşir, aktivlərinin həcmi 8,23 milyard dollar və ya 14,04 milyard manat təşkil edir.
Bankın idarə Heyətinin sədri Abbas İbrahimov, Müşahidə Şurasının sədri Şahmar Mövsümovdur. Bankın səhmlərinin 96%-i Azərbaycan Maliyyə Nazirliyinə məxsusdur.
«Ölkənin ən iri bankı iqtisadm şəffaflığını və səmərəliliyini artırmaqdadır. «ABB (Azərbaycan Beynəlxalq Bankı) aktivlərinin həcminə görə ölkənin ən böyük bankıdır. O, özəl və korporativ müştərilərə bank xidmətləri göstərir, həmçinin dövlət proqramlarını həyata keçirir. Bankın Azərbaycanın regionlarında 66 filialı və 13 şöbəsi var. 2021-ci ildən bank Azərbaycan İnvestisiya Holdinqi tərəfindən idarə olunur, məqsədi dövlət şirkətlərinin iqtisadi şəffaflığını və səmərəliliyini artırmaqdır. 2022-ci ildə bank korporativ müştərilər üçün ABB Business proqramını təqdim etdi. Onunla siz vergiləri ödəyə, hesabdan çıxarış ala, müxtəlif valyutalarda hesablara nəzarət edə bilər»-deyə «Forbes» nəşri ABB-ni təsvir edir.
FED.az xəbər verir ki, bankların reytinqi hesablanarkən beynəlxalq reytinq agentliklərinin (Fitch, Moody's, Standard & Poor's) qiymətləndirmələri əsas götürülüb. Bankın reytinqi nə qədər yüksəkdirsə, onun mövqeyi də bir o qədər yüksəkdir. Reytinqlərin sayında bərabərlik olduğu halda, daha yüksək cərgə böyük miqdarda aktivlərə malik bank tərəfindən tutulur. Etibarlılıq dərəcəsinə görə ilk 50-liyə daxil olan banklar dörd qrupa bölünür.