2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların mənfəətdən vergi öhdəliyi 187,9 milyon manat təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankların mənfəətdən vergi öhdəliyi ötən ilin eyni dövrü ilə müqayisədə 12,8 milyon manat, yəni 7,3% artıb, lakin ötən ilin sonuna nəzərən 106,4 milyon manat, yəni 36,2% azalıb. Aylıq müqayisədə isə vergi öhdəliyi 22,2 milyon manat, yəni 13,4% yüksəlib.
Xatırladaq ki, bankların mənfəətdən vergi öhdəliyi bu ilin avqustun 1-nə 165,7 milyon manat, ötən ilin sonunda 294,3 milyon manat, 2024-cü ilin sentyabrın 1-nə isə 175,1 milyon manat təşkil edib.