Bildiyimiz kimi, ötən gün axşam saatlarından müşahidə olunan qarlı və çovğunlu hava şəraiti Bakıda hərəkəti çətinləşdirib. Qar və şaxtalı hava şəraiti yolların buz bağlamasına səbəb olub.
Eləcə də bax: Azərbaycanda bankların qazancı – NİYƏ İKİQAT AZALIB? – RƏQƏMLƏR
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu səbəbdən Azərbaycan banklarının bu günkü iş qrafiklərini araşdırıb.
Kəskin hava şəraiti ilə bağlı olaraq, bankların iş saatları qısaldılıb. Əksər banklar saat 16:00-dək fəaliyyət göstərir, bəzi banklarda isə artıq iş saatı 14:00-da bitib.