2021-ci ilin yanvar ayında Azərbaycanda bankların xalis mənfəəti 25,4 milyon manat təşkil edib. FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2020-ci ilin yanvarı ilə müqayisədə iki dəfə aşağıdır. Ötən ilin ynavarında bank sektorunun xalis mənfəəti 49,4 milyon manat idi.
Banklar 2020-ci ili belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI
Qeyd etmək lazımdır ki, bu ilin yanvarında bank sektorunun göstəriciləri ötən ilin yanvarı ilə demək olar eyni olub. Gəlir və xərc maddələri üzrə məbləğlər bir-birindən ciddi fərqlənməyib.
Bu ilin yanvarında Bankların faiz gəlirləri ötən illə müqayisədə 4,4 milyon manat azalıb, o cümlədən banklar kredit faizlərindən daha az gəlir əldə ediblər – 131,1 milyon manata qarşı 129,7 milyon manat.
Bu azalma faiz xərclərinin də azalması ilə kompensasiya edilib – 47,6 milyon manatdan 43,4 milyon manata enib.
Qeyri-faiz gəlirləri demək orlar dəyişməyib, qeyri-faiz xərclərində isə banklar bu il hətta 2,5 milyon manat qənaət ediblər.
Nəticədə bank sektorunun əməliyyat mənfəəti dəyişməz qalıb.
Bu il banrkların mənfəətini kəskin azaldan yeganə səbəb aktivlər üzrə məmkün zərərlərdən qorunmaq üçün yaradılan ehtiyatların kəskin artması olub. Ötən il banklar bu məqsədlə 16,2 milyon manat rezerv etmişdilər, bu il həmin məbləğ 36,8 milyon manat olub.
Ayırmaların artması aktivlərin keyfiyyətinin pisləşməsi, o cümlədən kredit portfelində problemlərin artması ilə bağlıdır.
İstənilən halda bu amil bank sektorunun əməliyyat mənfəətinin yarıdan çoxunu «əridib».
Mənfəət və zərər maddələri |
1/31/2020 (milyon manat) |
1/31/2021 (milyon manat) |
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri |
167.5 |
163,1 |
1.1 Kreditlər üzrə faizlər |
131.1 |
129,7 |
- çıx hesablanmış faizlər üzrə yaradılmış məqsədli ehtiyatlar |
4.7 |
6,6 |
2. Faiz və onlara bağlı xərclər |
47.6 |
43,4 |
2.1 depozitlər üzrə faizlər |
32.6 |
27,6 |
3. Xalis faiz gəliri (zərəri) |
115.1 |
113,1 |
4. Qeyri-faiz gəlirləri |
50.1 |
49,6 |
5. Qeyri-faiz xərcləri |
93.9 |
91,5 |
6. Əməliyyat mənfəəti (zərəri) |
71.4 |
71,2 |
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar |
16.2 |
36,8 |
8. Digər gəlirlər (xərclər) |
0.0 |
0,0 |
9. Vergilər ödənilənədək mənfəət (zərər) |
55.1 |
34,4 |
10. Mənfəətdən vergilər |
5.7 |
9,0 |
11. Xalis mənfəət (zərər) |
49.4 |
25,4 |