Azərbaycan bank sektoru Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB) ilə gələcəkdə birgə layihələrin həyata keçirilməsində maraqlıdır.
Azərbaycanda bankların sənaye sahəsinə verdiyi kreditlərin həcmi 2,6 mlrd. manatı ötüb
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyevin və icraçı direktoru Yunus Abdulovun BSTDB-in prezidenti Dr. Serhat Köksalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə qeyd olunub.
Görüşdə BSTDB ilə Azərbaycan bank sektoru arasında əməkdaşlıq imkanlarını, bankların beynəlxalq maliyyə institutları ilə əlaqələrinin genişləndirilməsi və maliyyə sektorunda yeni layihələrin reallaşdırılması perspektivləri müzakirə edilib.
Azərbaycan bank sektoru ilə tərəfdaşlığın BSTDB üçün strateji əhəmiyyət daşıdığı vurğulanıb.
Bu görüş, ABA ilə BSTDB arasında əməkdaşlığın dərinləşdirilməsi və yeni maliyyə imkanlarının yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilib.