"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin üzvlərinin rəhbər şəxsləri ilə “Bank of New York Mellon”-nun Bakıda səfərdə olan nümayəndə heyəti arasında görüş keçirilib.
Azərbaycan banklarının vahid inkassasiya mərkəzinin yaradılması müzakirə edilib
FED.az bu barədə ABA-ya istinadən xəbər verir.
Məlumata görə, görüşdə Azərbaycan bankları ilə “Bank of New York Mellon” arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə edilib.
ABA-nı 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.