8 fevral 2024-cü il tarixində, vahid inkassasiya mərkəzinin yaradılması ilə əlaqədar "Azərbaycan Banklar Asossiyasiyası" (ABA) İctimai Birliyində İşçi Qrupunun iclası baş tutub.
Azərbaycanda milyardları idarə edirlər - ƏN GƏNC BANK RƏHBƏRLƏRİ KİMLƏRDİR? – SİYAHI, TARİXLƏR
FED.az ABA-ya istinadən xəbər verir ki, iclasda bu sahədə Türkiyə Respublikasında fəaliyyət göstərən “Bantaş Nakit ve Kıymetli Mal Taşıma ve Güvenlik Hizmetleri” A.Ş. şirkətinin nümayəndələri və İşçi Qrupda təmsil olunan bir neçə bankların nağd pul vəsaitlərinin daşınması sahəsində rəhbər məsul şəxsləri iştirak edib.
"Bravo"da inkassatora silahlı hücum edən cinayətkarlar necə yaxalanıb?
Azərbaycan banklarında ən sərfəli - MANAT ƏMANƏTLƏRİ - SİYAHI, ŞƏRTLƏR (Fevral, 2024)
Görüş zamanı vahid inkassasiya mərkəzinin yaradılması ilə bağlı müzakirələr aparılmış, Bantaş şirkəti tərəfindən təqdimat edilmiş, bankların rəy və təklifləri dinlənilmişdir.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda, 23 bank və 6 qeyri-bank kredit təşkilatı ABA-nın üzvüdür.