2024-cü ilin mayın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 984 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici aprelin 1-nə olan dövr ilə müqayisədə 254,9 milyon manat və ya 35%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 174 milyon manat və ya 21,5% çoxdur.
2023-cü ilin mayın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 810 milyon manat olub.
Bu ilin 1 aprel vəziyyətinə bu göstərici 729,1 milyon manat təşkil edib.