Azərbaycanın aparıcı banklarından olan «Nikoyl Bank»ın idarə heyətinin sədri Nikoloz Shurgaia sosial şəbəkələrdə maraqlı təşəbbüslə çıxış edib. FED.az xəbər verir ki, milliyyətcə gürcü olan N.Shurgaia Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi turist embarqosuna cavab olaraq Gürcüstana gələn 5 turistin yol pulunu ödəyəcəyini elan edib.
Bankirin sosial şəbəkələrdəki hesabında yaydığı vətənpərvər açıqlamada deyilir:
Eləcə də bax: «Çətinliklər arxada qalıb, yeni qayda ilə işləyirik» - BANKİRLƏ MÜSAHİBƏ
«Mən Gürcüstanlıyam, hansı ki, daha böyük qonşusunun ədalətsiz sanksiyalarından əziyyət çəkir. Bu sanksiyalar yüz minlərlə dost turisti Gürcüstana gəlmək imkanından məhrum edir, gürcü iqtisadiyyatına və adi insanlara zərər vurur.
Biz - məğrur və müstəqil millətik. Biz çox böyük işlər görüb yaxşı infrastruktur yaratmışıq ki, daha yaxşı qonaqpərvərlik göstərək.
Biz bir məqsədlə birləşmişik – bütün dünyanı Gürcüstanı, bizim vətənimizi və gözəl ölkəni görməyə səsləyirik».
Bankir elan edib ki, sosial şəbəkələrdə onu təq edib #goingtogeorgia heştəqi ilə post yazan ilk 5 turistin yol pulunu ödəməyə hazırdır.
«Mən 5 turist dostuma Gürcıstana gəlmək üçün bilet alacam. İlk 5 nəfər hansı ki, məni təq edəcək və #goingtogeorgia heştəqi ilə post yazacaq, onlar öz şəhərlərindən Gürcüstana uçmaq üçün mükafat biletlər alacaqlar.
Yayı Gürcüstanda keçirin və bu ölkənin gözəl sirləri, onun mədəniyyəti ilə tanış olun».
Nikoloz Shurgaia digər gürcüləri də bu təşəbbüsə qoşulmağa çağırıb. «Nikoyl Bank» rəhbərinin bu təşəbbüsü və postu çoxsaylı istifadəçilər tərəfindən alqışlanıb. Onu təkcə gürcülər deyil, azərbaycanlı istifadəçilər də dəstəkləyib.