Bir neçə gün əvvəl “NIKOIL Bank”ın müştəriləri və tərəfdaşları üçün “Sabahın Bankçılığı” adlı iqtisadi forum keçirildi. Əsas mövzusu maliyyə xidmətləri sahəsindəki beynəlxalq tendensiyalara həsr olunmuş tədbirdə “NIKOIL Bank”ın idarə heyətinin sədri Nikoloz Şurqaia FED.az-ın suallarını cavablandırıb.
- Cənab Şurqaia, deyəsən ilk dəfədir ki, müsahibəyə Nikoyl bankın zərərləri barədə sualla başlamırıq. «Sabahın Bankçılığı» tədbirində maraqlı ideyalar səsləndi, bu tədbiri keçirmək ideyası haradan yarandı?
- Bəli, elədir. Belə bir ideyamız vardı, reallışdırdıq, istədik müştərilərimizə gələcəyi hiss etməkdə kömək edək və məncə pis alınmadı.
- Bəs «Nikoyl Bank» özü necə, burada səslənən ideyalardan yararlanmaq niyyətindədirmi?
- Əlbəttə, biz özümüz də bankın transformasiyası, müştərilərimizə daha yaxşı servislər vermək üzərində çox işləyirik. Biz gələcəyi hiss edirik, hiss edirik ki, servislərə tələbat dəyişəcək, onlar daha çox texnoloji olacaqlar.
Hazırda dövlət də iqtisadiyyata yaxşı dəstək verir, ölkədə çoxsaylı müsbət dəyişikliklər var.
Biz də biznes olaraq bu dəyişiklikləri həm dəstəkləməli, həm də bundan istifadə etməliyik ki, biznesimiz daha gəlirli olsun. Bunun üçün isə müştərilərimizi yeni reallıqlara (bank xidmətləinin daha texnoloji və rəqəmsallaşması baxımından) hazırlamalıyıq. Və mən görürəm ki, müştərilər də bunu başa düşürlər.
- Prezidentin problemli kreditlər haqqında fərmanı sizin bankın fəaliyyətinə necə təsir edəcək?
- Bu çox müsbət böyük addım idi və bizim banka da təbii ki, müsbət təsir edir. Çünki bizim müştərilər arasında da devalvasiyadan çox əziyyət çəkənləri var idi.
- Belə müştərilərin sayı təqribən nə qədər idi?
- Təqribən 20 min belə, yəni kompensasiya və ya restrukturizasiya düşən müştərimiz var. Və mən hesab edirəm ki, bu yeniik müştərilərimiz üçün çox yaxşı olacaq. Onların bir hissəsi maliyyə kompensasiyası alacaqlar. Bəzilərinin kreditlərinin isə müddətini uzadacağıq. Bu bizim müştərilər üçün şansdır ki, öz maliyyə vəziyyətlərini və şəxsi reputasiyalarını bərpa etsinlər, həm də özlərini daha yaxşı hiss etsinlər. Çunki mən başa düşürəm ki, insan pul ödəyə bilməyəndə özünü necə his edir. Bu hal insana çox pis təsir edir. Ona görə də bu fərman ölkə rəhbərliyi, cənab prezident tərəfindən böyük addımdır ki, belə müşərilər ayağa qalxa bilsinlər. Ümumilikdə bu fərman və onun nətcələri pukl iqtisadiyatdan bir canlanma yaradacaq.
Eləcə də bax: Nəhayət ki, mənəfəətdədir - BANK HESABATI
- Bu fərman bankların vəziyyətinə necə təsir edəcək?
- Bu fərman banklar da çox güclü təsir edir, çünki birincisi, müştərilərinin bu qədəp probleminin olduğunu görmək bir insan kimi ağırdır, ikincisi, problemli kreditlərlə işləyən xidmətlər böyük xərc deməkdir. Üçüncüsü, müştərilərin kreditlərini qaytara bilməməsinə görə, bankların üzləşdiyi birbaşa maliyyə itkiləridir. Bunlar böyük pullardır.
- Bu həm də məhkəmə xərlərinin azalmasıdır eləmi?
- Bəli, mən şadam ki, hakimlərin maaşları da artır, bu işlərə baxılması da getdikcə sürətlənir. Hesab edirəm ki, dövlət tərəfindən əlavə stimul olacaq ki, bu işlər daha yaxşı olsun. Çünki effektli məhkəmə sistemi banklar və ümumilikdə iqtisadiyyat üçün vacibdir. Bu sahədə istənilən msbət dəyişiklik bizə də müsbət təsir edir. Mən iqtisadiyyatın artımını gözləyirəm, bunu his edirəm, ümid edirəm ki, «Doing Business» hesabatındakı irəliləyiş də ölkəyə invstisiyaların artımını sürətləndirəcək.
- Sizin bank 2018-ci ili böyük– 135 milyon manat zərərlə başa vurub. Bununla nə edəcəksiniz və bu il bankın vəziyyətı necədir?
- Bu zərərlər keçmiş problemlərin, 2014-2015-ci illərdə yaranan itkilərin silinməsi ilə bağlı idi. İndi bu məsələlər arxada qalıb, birinci rübü çox yaxşı tamamlamışıq, mənfətə çıxmışıq və deyə bilərəm ki bank çevrilib. Birinci rüb mənfəətdəyik, ili də mənfəətlə bitirəcəyik.
Hazırda bank öz inkişafında pozitiv mərhələdədr. Biz daxildə çox şeyi dəyişirik və bizim müştərilər bunları görəcəklər.
- Hansı yenilikləri edirsiniz?
- Biz daha texnoloji oluruq, müştəriləri özümüzdən əvvələ qoyur və onlara xidmət üsulu axtarırıq, amma bunun texniki şhəllərini də tapmaq lazımdır.
- Azərbaycanda «Banklar haqqında» qanuna yeni dəyişikliklər təqim edilib. Burada göstəriir ki, tənzimləyici orqan (Maliyyə Bazarlarına Nəzarət Palatası) müxtəlif göstəricilər, məsələn, kreditlərin maksimum faiz dəəcəsi üzrə limitlər müəyyən edə biləcək. «Nikoyl BANK» olaraq buna münasibətiniz necədir?
- Mən bu qanun layihəsini görməmişəm. Amma oxşar qaydalar başqa ölkələrdə də var. Məsələn, Gürcüstanda kredit faizlərinə görə 50%-lik, Qazaxımtanda 56%-lik limit var və sair. Mən ümumiyyətlə daha azad bazarın, bazarın öz-öznünü tənzimləməsinin tərəfindəyəm. Amma, dərrakəli tənzimləmə həmişə faydalıdır. Bu müştərilərin, istelakçıların hüquqlarının qorunmasıdır. Bu sahədə bir balansnı olması faydalıdır. Təəssüf ki, fiziki şəxslər və vətəndaşlar hər hansı məhsulun onlar üçün zəərli olub olmadığını müəyyən etməkdə çətinlik çəkirlər.
Ona görə də çox ümid edirəm ki, bu (yəni tənzimlənmə prosesi) ağlabatan hədlərdə olacaq və biznesin gəlirliyi və müştərilərin qorunması arasında balans qorunub saxlanacaq. Bu balans pozulanda, yəni daha sərt tənzilənmə olanda biznes etmək mümkün olmur, bu da iqtisadiyyata pis təsir edə bilər. Əminəm ki, bu sahədə yvxşı, düzgün həll tapılacaq.
Çünki Azərbaycanda çoxdan yaşayan adam kimi deyirəm, hesab edirəm ki, bu saat biz Azərbaycanda ən maraqlı və müsbət dəyişikliklər dövrnü yaşayırıq. Və mənim çox yaxşı gözləntilərim var.
- Son vaxtlar dövlət sahibkarlara dəstək təbirlərini artırır. Bank olaraq siz necə, sahibkarlar üçün yeni məhsullar təqdim etmək fikrindəsizinmi?
- Əslində «Nikoil Bank» saibkarların bankıdır. Müştərilərimizin yarıdan çoxu sahibaralardır, belə də davam edəcək. Onlar üçün çoxsaylı yenilikərimiz var, bu saat hamısını açıqlamaq istəmirəm. İlk növbədə biz mikrokreditlərə başladıq, və hazırda çoxsaylı gəncləri cəlb edirik, indiyədək 100-dən artıq gənci cəlb eləmişik, onlara təlim keçib kredit ayıracağıq. Bzim biznesə sadə və cəlb həllər lazımdır və çalışacağıq ki, bunu onlara təqlim edək.
- Yeni filiallar açmaq fikriniz varmı?
- Buna baxacağıq, amma şəxsən mən rəqəmsallaşmış onlayn, yəni internet üzərindən biznesin tərəfarıyam. Doğrudur, hazırda heç də hər şeyi internet üzərindən etmək mümkün eyil, bəzi məsələləri hələ filiallar üzərindən etməliyik, amma ümid edirəm ki, gəəcəkdə interne üzərindən daha böyük işlər görə biləcəyik.