Azərbaycanın aparıcı banklarnıdan olan «Azərbaycan Sənaye Bankı» (ASB Bank) yeni sədr təyin edilib.
FED.az xəbər verir ki, bankın idarə heyətinin sədri Kənan Orucov təyin olunub.
Eləcə də bax: “AFB Bank”da yeni təyinat – 8 ay sonra - YENİ VƏZİFƏ
Kənan Orucov 23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib.
1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləyib. Cənab Orucovun ASB bankda fəaliyyəti 20-16-cı ildə başlayıb. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir. 17.12.2018-ci il tarixdən İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür.
29.06.2020-ci il tarixindən İdarə Heyətinin Sədri təyin olunmuşdur.
Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan iyun ayının sonunda vəfat edib.
47 yaşlı bankir koronavirusdan dünyasını dəyişmişdi.
Türkiyə vətəndaşı olan D.Tandoğan ASB-yə 19 dekabr 2016-cı ildən rəhbərlik edirdi.