Cari ilin əvvəli “AFB Bank” ASC-nin İdarə Heyəti sədrinə müşavir təyin edilən Musa Xudiyev yeni vəzifəyə təyin edilib.
Eləcə də bax: Azərbaycan İnvestisiya Holdinqində - Yeni Təyinatlar
FED.az Banker.az-a istinadən xəbər verir ki, M.Xudiyev bundan sonra Satış ofisinin direktoru kimi çalışacaq. O, artıq vəzifəsinin icrasına 2020-ci ilin avqustundan başlayaraq start verib.
M.Xudiyev “AFB Bank”a “Rabitəbank”dan gəlib. O, 2020-ci ilin ilk ayındaca “AFB Bank”a sədrin müşaviri kimi gəlib. Onun “Rabitəbank”da sonuncu vəzifəsi (iki ilə yaxın müddətdə) Filialların idarəolunması direktoru departamentinin direktoru olub.