“Bank BTB” ASC 100% ona məxsus “BTB Kapital İnvestisiya Şirkəti” ASC-ni satıb.
"Bank BTB"nin sədri vəzifəsindən uzaqlaşdı - BANKDA YERDƏYİŞMƏLƏR
FED.az xəbər verir ki, məlumata görə, alqı-satqı ötən gün “Bakı Fond Birjası” QSC-də baş tutub.
Sövdələşmənin dəyəri maliyyə qurumunun nizamnamə kapitalı qədər – 350 min manat təşkil edib.
Alıcının adı açıqlanmır.
Xatırladaq ki, “BTB Kapital” 2018-ci ildə 350 min manat nizamnamə kapitalı ilə yaradılıb. Sonradan bu rəqəm əvvəlcə 600 min manata, daha sonra isə 1 milyon manata çatdırılıb, bu ilin əvvəlində isə 350 min manata endirilib. (Report)