Azərbaycanın aparıcı banklarından olan «Günay bank» ASC 2021-ci ildə kreditini qaytarmayan müştərilərdən böyük həcmdə əmlak geri alıb.
Eləcə də bax: 220 milyonluq kredit portfelinin cəmi 30 milyonu «təmiz»dir – BANK HESABATI
FED.az xəbər verir ki, «Günay bank» ASC 2021-ci ilin sonunadək, verilmiş kreditlərin qaytarılmaması qarşılığında ilkin dəyəri 34 milyon manat olan daşınmaz əmlak geri alıb. Bank bu əmlakları satış üçün hazırlayıb.
Amma ötən dövrdə bu əmlaklar ucuzlaşıb və onların ədalətli dəyəri hazırda 36,7 milyon manata bərabərdir.