Azərbaycanın aparıcı banklarından olan «Günay Bank»ın kredit portfelində problemlər 2021-ci ildə də davam edib.
Eləcə də bax: "Günay Bank"ın əsas səhmdarları bankdakı paylarını - 99%-Ə ÇATDIRIB
FED.az bankın 2021-ci il üzrə illik hesabatına istinadən xəbər verir ki, ötən ilin nəticələrinə görə, bankın bütün müştərilərə kredit və lizinq portefeli 224,5 milyon manat təşkil edib.
Bunun 212 milyon manatı fiziki şəxslərə verilən istehlak, təmir, avtomobil və sair kreditlər, 12,6 milyon manat isə hüquqi şəxslərə verilən kreditlərdir.
2021-ciilin sonuna olan vəziyyətə kreldit portfelinin 42,2 milyon manatı gözlənilən kredit zərərləri üzrə ehtiyat ayırmaları olub, nəticədə xalis kredit portfeli 182,4 milyon manat təşkil edib.
Hesabatdan aydın olur ki, «Günay Bank»ın kredit portfelində «təmiz», yəni gecikməsi olmayan hissə cüzidir.
Belə ki, hüquqi şəxslərə verilmiş 12,6 milyon manatlıq kreditlərin 11,8 milyon manatlıq hissəsində gözlənilən kredit zərəri riski var. Bu kreditlərdən cəmi 790 min manatı gecikməsiz ödənilir. 3,7 milyon manatqı hissədə 30 gündən artıq gecikmə var.
Fiziki şəxslərə verilən kredit portfelində problemlər daha çoxdur. 212 milyon manatlıq kredit portfelində cəmi 30 milyon manat kredit gecikməsizdir.
82,2 milyon manat kredit 30 gündən az, 1 milyon manat kredit 30-90 gün, 98,6 milyon manat kredit isə 90 gündən artıq gecikmədədir. Nəticədə bank 98 milyon manatlıq hissə üçün ayrıca 40 milyon manat ehştiyat ayırmalı olub.
Ümumilikdə 212 milyon manatlıq portfel üçün 41,3 milyon manatlıq ehtiyat ayrılıb.