“Azər Türk Bank” 2020-ci ilin II rüb hesabatını açıqlayıb.
Eləcə də bax: “Yapı Kredi Bank Azərbaycan”ın vəziyyəti məlum oldu - HESABAT
FED.az xəbər verir ki, bu ilin 2-ci rübündə bankın faiz gəlirləri 10 milyon 358 min manat (406 min manat və ya 3,8% azalma), faiz xərcləri 3 milyon 55 min manat (640 min manat və ya 17,3% azalma) olub.
Nəticədə, bank xalis faiz gəlirlərindən 7 milyon 303 min manat qazanıb. Xalis faiz gəlirləri 234 min manat və ya 3,3% azalıb.
Bankın qeyri-faiz gəlirləri 4 milyon 756 min manat (2 min manat azalma), qeyri-faiz xərcləri 11 milyon 602 min manat (361 min manat və ya 3,2% artım) olub.
Bank 2020-ci ilin I yarısında əməliyyat mənfətindən 457 min manat əldə edib ki, bu məbləğin 431 min manatını mümkün zərərlərin ödənilməsi üçün ayırıb.
Nəticədə, “Azər Türk Bank” 2020-ci ilin II rübünü 26 min manat xalis mənfəətlə başa vurub.
2020-ci ilin II rübündə bankın cəmi aktivləri 337 milyon 522 min (2,9% və ya 10,2 milyon manat azalma), cəmi öhdəlikləri 281 milyon 747 min manat(3,5% və ya 10,4 milyon manat azalma), cəmi kapitalı 55 milyon 775 min manat (0,3% və ya 175 min manat artım) olub.
Bank bu yarımildə müştərilərə 160 milyon 366 min manat (10,1% və ya 18 milyon manat azalma) kredit verib. Bankın depozit portfeli 163 milyon 357 min manat (9,4% və ya 16,9 milyon azalma) olub.