Azərbaycan Prezidenti həssas əhali qruplarının özünüməşğulluq proqramına ölkədə fəaliyyət göstərən bankların da qoşulması üçün çağırış edib.
Azərbaycanda kreditləri ən pis və ən yaxşı qaytaran – RAYON-ŞƏHƏRLƏR - SİYAHI
FED.az xəbər verir ki, Dövlət bankı "Azər Türk Bank" bu şağırışla əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı (AMB) və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında əməkdaşlığa dair imzalanmış müvafiq memoranduma qoşulub.
Bununla da Bank tərəfindən müxtəlif kateqoriya, iş sahəsi və coğrafi rayona aid, öz biznesinə başlamaq istəyən aztəminatlı qismində ilkin beş nəfər seçilərək, həmin şəxslərin biznes planlarına uyğun olaraq, onlar üçün lazımi aktivlərin siyahısı tərtib edilib. Bu aktivlər aidiyyəti şəxslərə əvəzsiz olaraq təqdim ediləcək.
"Azər Türk Bank" sosial məsuliyyət strategiyasına uyğun olaraq əhalinin özünəməşğulluq işlərinin təşkili istiqamətində fəaliyyətini uğurla davam etdirməkdədir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.