Bank böyüyüb, mənfəəti 4,5 dəfə artıb
"Dövlət bankı “Azər Türk Bank”ın 01 oktyabr 2019-cu il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 11% artaraq, 351,9 milyon manat səviyyəsində olmuşdur. Bankın kredit portfelinin həcmi 165,4 milyon manat təşkil etmişdir".
FED.az xəbər verir ki, bunlar Bnakdan daxil olmuş press-relizdə deyilir.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Qeyd edilib ki, ümumi gəlirlər 16% yüksələrək, 23,7 milyon manat səviyyəsində olmuşdur. Üçüncü rübdə Bank 671,5 min manat xalis mənfəət əldə etmişdir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 4,5 dəfə çoxdur.
“Məcmu kapitalın həcmi 51,4 milyon manat olmuşdur. Qeyd edək ki, Bankın məcmu kapitalının adekvatlığı 32%, leverec əmsalı 13% təşkil edir ki, bu da müəyyən edilmiş normalardan yüksəkdir. Kapitalın gəlirliyi (RoE əmsalı) 1,6 % səviyyəsində olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 13 % artaraq 296,1 milyon manat təşkil etmişdir.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
Bank 154,8 milyon manat həcmində depozit cəlb etmişdir ki, bunun da 47,7 milyon manatı əhalinin müddətli əmanətləridir.
Aktiv plastik kartların sayı 41 985 ədəd olmuşdur ki, bu da ötən ilə nisbətən 8% çoxdur.
Bankın müştərilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 50 faiz artaraq, 63 389 nəfərə çatmışdır”,- Bankın məlumatında deyilir.
1995-ci ildən fəaliyyət göstərən “Azər-Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.