Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə kampaniyanın müddətini 31 oktyabr 2022-ci il tarixinədək uzatdı.
Eləcə də bax: "Azər Türk Bank"dan sərfəli atb - KREDİT KARTI
İllik faiz dərəcəsi 13%-dən başlayan bu kreditlər 48 ay müddətinədək verilir.
Müştərilər, özünün orta aylıq xalis gəlirindən asılı olaraq 30 000 manatadək kredit əldə edə bilərlər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manat səviyyəsində təyin edilib.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Qeyd edək ki, kreditlər üzrə ödənişləri banka gəlmədən, atb.az saytına daxil olmaqla online qaydada, atb360 mobil tətbiqi, Bankın terminalları, eləcə də MilliÖn və E-manat terminalları vasitəsilə heç bir komissiyasız yerinə yetirmək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.