Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 30 iyul 2022-ci il tarixinədək uzatmaq barədə qərar vermişdir.
Eləcə də bax: Azər Türk Bank onlayn xidmətləri - GENİŞLƏNDİRİR
48 ay müddətinədək verilən bu kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.
Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin məbləği maksimum 15 000 manatdır.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.