Macarıstanın hakim FIDES partiyası ölkə bankomatlarından nağd əsginasların rüsumsuz çıxarılmasının sayına və məbləğinə məhdudiyyət qoyub.
Azərbaycanda bank filiallarının və bankomatlarının – SAYI ARTIB
FED.az xəbər verir ki, indi ayrı-ayrı şəxslərin ayda iki dəfə 150 min forint (450 avro) məbləğində rüsumsuz nağd pul çıxarmalarına icazə verilir.
Üz tanıyan - BANKOMATLAR GƏLİR - YENİLİK.
FIDES-in parlament fraksiyasının nümayəndələri mətbuat konfransında bildiriblər ki, bu addım hökumətin ev təsərrüfatlarının xərclərinin azaldılması siyasətinin bir hissəsidir. Bundan əlavə, hökumət kölgə iqtisadiyyatına mübarizə çərçivəsində ölkədə “qara” nağd pul dövriyyəsini məhdudlaşdırmaq niyyətindədir.
Yeni qaydalara görə, iki dəfə rüsumsuz nağd pul çıxarılandan sonra hər dəfə nağd pul çıxarılması macarlara müəyyən məbləğə başa gələcək.
Gözlənildiyinə görə, qanunvericilər tezliklə bu addımı bəyənəcəklər və qərar qüvvəyə minəcək.