Bank

Üz tanıyan - BANKOMATLAR GƏLİR - YENİLİK

Üz tanıyan - BANKOMATLAR GƏLİR - YENİLİK | FED.az
15:19 14 Noy 2019

Rusiyada yaxın zamanlarda üz tanıma funksiyaları olan bankomatlar quraşdırılacaq.

FED.az xəbər verir ki, pilot layihəsində reallaşdırılacaq bankomatlara xüsusi kameralar quraşdırılacaq.

Eləcə də bax: Azərbaycanda bank filiallarının və bankomatlarının – SAYI ARTIB

Müştəri bu bankomatlardan pul çıxarmaq üçün kart və ya mobil telefona ehtiyac duymayacaq.

Banklar bu layihə çərçivəsində həm yeni bankomatlar quraşdıra, həm də mövcud bankomatları yeni avadanlıqla təchiz edə bilər.

Bundan başqa, Rusiyada bəzi fitnes klublarında üz tanıma funksiyası işə salınacaq. Hazırda bu layihədə Moskva, Barnaul və Surqutda bir sıra fitnes klublar iştirak edir.

Trend

Digər xəbərlər