İsveçrə bankı Credit Suisse-dəki böhranda əsas ad olan Səudiyyə Ərəbistanı Milli Bankının sədri Əmmar Əl Xudairi vəzifəsindən istefa verib.
İsveçrənin böhran içində olan nəhəng bankı – «SU QİYMƏTİNƏ» SATILDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, Xudairi martın 16-da verdiyi açıqlamada bundan sonra Səudiyyə Ərəbistanı Milli Bankı olaraq Credit Suisse-i dəstəkləməyəcəklərini bildirmişdi. Bu açıqlama ilə səhmlərdə panika satışları başlamışdı.
Səudiyyə Milli Bankı Credit Suisse-də 9,9% paya sahibidir.
İsveçrənin köklü bankı Credit Suisse-dəki böhran ilə əlaqədar olaraq İsveçrə Milli Bankı vəziyyətə müdaxilə edərək banka 54 milyard dollarlıq kredit xətti açıb. Davam edən böhran zamanı başqa bir köklü bank, UBS prosesə daxil oldu və tarixi satınalma ilə Credit Suisse-i almağa razılaşdı.
UBS-in rəqibini almaq üçün 3 milyard İsveçrə frankı (3,3 milyard dollar) ödəyəcəyi bildirilib.
İsveçrə Milli Bankı saziş çərçivəsində UBS-ə 100 milyard frank likvidlik xətti verməyə razılaşıb. İsveçrə hökuməti həmçinin UBS-ə alışdan yarana biləcək potensial itkilərə görə 9 milyard frank zəmanət veriləcəyini açıqlayıb. İsveçrənin bank qurumu Finma, sövdələşmədən sonra 16 milyard franklıq riskli Credit Suisse istiqrazının dəyərsiz olacağını açıqlayıb. (Marja)