Avstriyanın «Raiffeisen Bank»ı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrə avro ilə pul köçürmələrinə məhdudiyyət tətbiq edib.
3 gündə «Günay Bank»ın əmanətçilərinə 17 milyon ödənildi – MANAT, DOLLAR, AVRO – MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bu barədə bankın yaydığı açıqlamada bildirilir.
Bankın bu gün yaydığı «Digər banklara avro ilə gedən ödənişlərin şərtlərinin dəyişdirilməsi haqqında» açıqlamasında deyilir ki, «Raiffeisen Bank» bir sıra ölkələrin banklarına avro ilə köçürmə etməyəcək.
«Müxbir banklar tərəfindən tətbiq edilən məhdudiyyətlərə görə, benefisiarın bankı aşağıdakı ölkələrdən birində yerləşərsə, 3 iyul 2023-cü il tarixindən etibarən avro ilə başqa banka ödəniş etmək mümkün olmayacaq: Rusiya, Azərbaycan, Ermənistan , Belarusiya, Gürcüstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Moldova, Birləşmiş Ərəb Əmirlikləri, Tacikistan, Türkmənistan, Özbəkistan».
Yeni şərtlər, yəni köçürmələrə tətbiq olunan məhdudiyyətlər fərdi müştərilərə, fərdi sahibkarlara, eləcə də hüquqi şəxslərə şamil edilir. Bu məhdudiyyət müştərilərin sadalanan ölkələrdən birində digər banklarda açılmış şəxsi hesablarına avro ilə gedən köçürmələrə də şamil edilir. «Müştərilərə gedən köçürmənin valyutasını dəyişməyi və ya digər ödəniş üsullarından istifadə etməyi tövsiyə edirik».
Bundan başqa, benefisiarın bankı Rusiya, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, BƏƏ və digər ölkələrdə yerləşərsə, iyulun 3-dən etibarən müştərilər avro ilə digər banklara ödəniş edə bilməyəcəklər.