Azərbaycanda 4 bank - «Atabank», «Amrahbank», «NBC Bank» və «AG Bank»ın bağlanması və bank şəbəkəsinin bir hissəsi ləğv olunduqdan sonra bank şəbəkəsi yenidən özünə gəlməyə başlayıb.
Eləcə də bax: Bağlanan banklardakı pulların - BİR HİSSƏSİ QAYTARILIB – MƏBLƏĞ
FED.az xəbər verir ki, iyun ayının sonuna ölkədə 440 bank filialı var ki, bu da ilin əvvəli ilə müqayisədə 69 filial az olsa da əvvəlki aydan 1 filial artıqdır.
Bank şöbələrinin sayı da ilini əvvəlindəki 133-dəq indi 117-yə düşüb, amma son bir ayda 2 şöbə artıb.
Bundan başqa, ilin əvvəlindən ölkədə bankomatların sayı 100-ə yaxın azalaraq 2569-a düşüb. Amma son bir ayla müqaysədə bankomatların sayında 17 ədəd artım baş verib.