Azərbaycan Sənaye Bankında (ASB) yeni baş risk inzibatçısı və onun strukturunda olan departament direktorları, şöbə müdirləri təyin edilib.
“Kapital Bank”da - TƏYİNATLAR OLUB
FED.az biznes v maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Uğur Mahmudov bankın Baş risk inzibatçısı təyin edilib. O, 2023-cü ilin mayına qədər komplayns inzibatçısı idi.
Yeni struktur dəyişikliyindən sonra U.Mahmudovun kurasiyasında iki departament fəaliyyət göstərəcək: İnformasiya təhlükəsizliyi departamenti və Risk, daxili nəzarət və komplayns departamenti.
Elvin Xəlilov ASB Bank-ın Risk, daxili nəzarət və komplayns departamentinin direktoru təyin edilib. O, buna qədər Daxili nəzarət şöbəsinin müdiri idi.
Risk, daxili nəzarət və komplayns departamenti strukturunda Risklərin təhlili və hesabatlıq şöbəsi, Daxili nəzarət şöbəsi, Komplayns şöbəsi və Monitorinq və hesabatlıq şöbəsi var.
Zülfiyyə Süleymanzadə isə Komplayns şöbəsinin müdiri təyin edilib.
Qeyd edək ki, Emil Ağarzayev İnsan resursları departementinə direktor təyin edilmişdi.
ASB Bank-ın strukturunda ümumilikdə 5 baş inzibatçı və onların tərkibində ümumilikdə 12 departament və 26 şöbə var.
Xatırladaq ki, ASB Bank 1996-cı ildə yaradılıb, 60 mln. manat nizamnamə kapitalı var. Bankın səhmdarları “Azersun Holding” MMC-yə yaxın olan “Anadolu Investment Company” MMC (98.43%), Leyla Gözal Kurt (1.00%) və “Azərbaycan Sənaye Lizinq Şirkəti”dir (0.58%).