“Kapital Bank” ASC-nin Biznes kreditlərinin anderraytinqi departamentinə yeni direktor, həmin departamentin strukturundakı şöbələrə müdir təyin edilib.
Dövlət agentliyində yüksək vəzifəyə - XARİCİ MÜTƏXƏSSİS TƏYİN EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Qərib Əhədov bu departament direktoru təyin edilib. O, buna qədər Anderraytinq departamentində direktor müavini idi.
Elçin Hacıyev Korporativ kreditlər şöbəsinin müdiri və Zaur Məmmədov Biznes kreditinin qiymətləndirilməsi şöbəsinin müdiri təyin ediliblər.
Qeyd edilən şəxslərin hər biri 2023-cü ilin mayından vəzifələrinin icrasına başlayıblar.