Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, aprel ayında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.9 dəfə artıb.
Azərbaycanda 2 yeni bank filialı açılıb – BANKLARIN VƏZİYYƏTİ
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, 2023-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 3 milyard 202 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 2 milyard 535 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 663 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 51.4 faizini təşkil edib. (Azərtac)