Avropanın və Niderlandın aparıcı bankı “ABN Amro” investisiya qoyuluşlarındakı zərərini kompensasiya etmək üçün qarşıdakı 4 il ərzində işçi qüvvəsinin 15%-ni ixtisar edəcək.
Eləcə də bax: “Disney”də kütləvi - İxtisarlar Olacaq
FED.az xəbər verir ki, bank bununla 840 milyon ABŞ dollarına qənaət etməyi planlaşdırır.
Hazırda “ABN Amro”nun 19 min nəfər işçisi var, ixtisarlardan sonra bu rəqəm 2 850 nəfər azalacaq. (Report)