Azərbaycan bankı “Yelo Bank” ASC-nin yeni Baş ofisinin açılışı həyata keçirilib.
Eləcə də bax: "Yelo Bank" yeni konseptdə “Xalqlar Dostluğu” filialını - AÇIB
FED.az xəbər verir ki, açılışa bankın əsas sahibi azərbaycanlı milyarder, “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov və azərbaycanlı iş adamı İSR Holdinqin sahibi İsgəndər Xəlilov da qatılıb.
Xəbər yenilənəcək.
Xatırladaq ki, “Yelo Bank” (əvvəlki adı “Nikoil Bank”) Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın səhmdarları “Topaz INVESTMENT” (91,84 faiz), “NIKoil” səhmdar cəmiyyəti (7,97 faiz) və “ISR Holding”dir (0,19 faiz).