“Amrahbank”-ın İnsan resurslarının idarə edilməsi və inkişaf şöbəsinin rəisi vəzifəsinə təyinat olub.
FED.az xəbər verir ki, bu vəzifəyə Ramin Bayramov təyin olunub. Məlumat üçün bildirək ki, Ramin Bayramov bundan qabaq bankın Strateji planlaşdırma şöbəsinin rəisi olub.
Ramin Bayramov bank sektorunda ekspert və təlimçi kimi kifayət qədər təcrübəyə malikdir.
Eləcə də bax: Ən çox və ən faiz gəliri əldə edən banklar - RENKİNQ (31.12.2018)