Almaniya aparıcı bankı “Deutsche Bank” ABŞ-ın səlahiyyət müddəti başa çatmaqda olan prezidenti Donald Tramp və onun şirkətləri ilə əməkdaşlığı dayandırmağa qərar verib.
Eləcə də bax: Vaşinqtonda atışma zamanı öldürülənlərin sayı 4-ə çatdı
FED.az xəbər verir ki, bank bu addımı dövlət başçısının tərəfdarlarının yanvarın 6-da ABŞ Konqresinin binasına hücumuna cavab olaraq atıb.
"Deutsche Bank” D.Trampın oğullarının idarə etdiyi “Trump Organization” şirkətinə təxminən 340 milyon ABŞ dolları borc verib. Bank şirkətin əsas tərəfdaşıdır. (Report)