Cari ilin avqust ayında AMB-nin rəsmi beynəlxalq ehtiyatları 9 364,4 milyon ABŞ dolları təşkil edib.
Bu barədə FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Bu, ötən avqustu ilə müqayisədə 1860,8 milyon dollar və ya 24,8% çoxdur.
Belə ki, ötən ilin eyni dövründə bu göstərici 7 503,6 milyon dollar olub.
Aylıq müqayisədə isə 120,4 milyon dollar, 1,3%-lik artım qeydə alınıb.
İyul ayında olan ehtiyatlar 9 244 milyon dollar təşkil edib.